Modern.az

Terrorçular hələ də Türkiyəyə təhvil verməyib - Çavuşoğlu 

Terrorçular hələ də Türkiyəyə təhvil verməyib - Çavuşoğlu 

Aktual

27 İyul 2022, 13:48

İsveç və Finlandiya üzərilərinə götürdükləri öhdəliyi yerinə yetirməyib. Bu ölkələrdəki terrorçular hələ də Türkiyəyə təhvil verilməyib.

 

Modern.az xəbər verir ki, bunun Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

 

"Terror hamımızın bəlasıdır. Bu mübarizədə heç kəs kənara çəkilə bilməz", - deyən nazir vurğulayıb ki, İsveç və Finlandiya terrorçularla bağlı götürdükləri öhdəliyi yerinə yetirmək məcburiyyətindədir.

 

XİN başçısı diqqətə çatdırıb ki, bu ölkələrin NATO-ya üzvlüyünə dair müraciətin Türkiyə Böyük Millət Məclisi tərəfindən təsdiqlənməsi lazımdır.

 

Qeyd edək ki, Türkiyə parlamenti İsveç və Finlandiyanın NATO-ya üzvlüklə bağlı müraciətlərinə dair müsbət qərar qəbul etməlidir. Əks halda, proses dondurulmuş hesab olunacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı