Taxıl daşıyan gəmilərin Ukrayna limanlarından çıxışı yerli hakimiyyət orqanları tərəfindən tam nəzarətə götürüləcək.
Modern.az xəbər verir ki, bunu Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın deyib. O, taxıl dəhlizi ilə yalnız kənd təsərrüfatı məhsullarının daşınmasına icazə veriləcəyini, buna İstanbuldakı Birgə Koordinasiya Mərkəzinin nəzarət edəcəyini bildirib.
Türkiyə rəsmisi dəhliz vasitəsilə taxıldan başqa digər məhsulların daşınmasına icazə verilməyəcəyini diqqətə çatdırıb.
"Gəmilər Türkiyənin ərazi sularına daxil olduqdan sonra İstanbul yaxınlığında yoxlamadan keçəcək. Analoji prosedur geri qayıdan gəmilər üçün də tətbiq olunacaq. Yoxlamalar Qara dəniz taxıl ixracı müqaviləsi çərçivəsində Birgə Koordinasiya Mərkəzinin dəstəyi ilə türk personalı tərəfindən həyata keçiriləcək", - İ.Kalın vurğulayıb.