Modern.az

FHN-dən valideynlərə müraciət

FHN-dən valideynlərə müraciət

Aktual

27 İyul 2022, 14:40

Fövqəladə Hallar Nazirliyi valideynlərə müraciət ünvanlayıb.

 

Modern.az xəbər verir ki, nazirlikdən daxil olan müraciətdə deyilir:

 

“Nazirliyin “112” qaynar telefon xəttinə mütəmadi olaraq azyaşlıların təhlükəli vəziyyətdə qalması (əllərinin ətçəkən maşında ilişib qalması, əzalarının barmaqlıqlar arasında qalması və s.) ilə bağlı məlumatlar daxil olur. Bütün hallarda Nazirliyin müvafiq xilasetmə qüvvələri tərəfindən həyata keçirilən əməliyyatlar sayəsində təhlükəli vəziyyətdə qalan azyaşlılar xilas olunur. 

 

Bu kimi hadisələrlə bağlı aparılan təhlillər göstərir ki, uşaqların nəzarətsiz qalması onların həyat və sağlamlığı üçün birbaşa təhlükəli vəziyyətlərin yaranmasına səbəb olur.

 

Qeyd olunanları nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi bir daha valideynlərə müraciət edərək uşaqlara qarşı diqqətli olmağa və onları nəzarətsiz qoymamağa çağırır”.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı