Modern.az

Azərbaycana dəstəyi davam etdiririk - ABŞ rəsmisi

Azərbaycana dəstəyi davam etdiririk - ABŞ rəsmisi

Aktual

27 İyul 2022, 15:04

ABŞ uzunmüddətli sülhün qurulması prosesində Azərbaycan və Ermənistana dəstəyini davam etdirir.

 

Modern.az-ın məlumatına görə, bunu ABŞ Dövlət Departamentinin nümayəndəsi Ned Prays deyib. Onun sözlərinə görə, bu məsələdə müəyyən irəliləyiş əldə olunub.

 

"Hesab edirik ki, bu tendensiyanı Azərbaycan və Ermənistandakı tərəfdaşlarımızla daimi təmaslar və diplomatik danışıqlar sayəsində saxlamaq mümkün olacaq. ABŞ-nin yüksəksəviyyəli nümayəndələri köməyimizi tərəflərə təqdim etmək üçün bütün səviyyələrdə öz həmkarları ilə qarşılıqlı fəaliyyət göstərir. Biz regionda uzunmüddətli və hərtərəfli sülhə can atırıq", - deyə ABŞ rəsmisi bildirib.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı