Modern.az

Balakəndə 21 yaşlı qadını öldürən əridir - RƏSMİ

Balakəndə 21 yaşlı qadını öldürən əridir - RƏSMİ

Aktual

27 İyul 2022, 16:10

İyulun 27-də Balakən rayon sakini 2001-ci il təvəllüdlü Əbdürəhmanova Emilya Məzahir qızının bıçaqla qəsdən öldürməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

 

Baş Prokurorluğun Mətbuat xidmətindən Modern.az-a bildirilib ki, aparılmış araşdırmalarla zərərçəkmişin əri, 1995-ci il təvəllüdlü Elton Layicovun qısqanclıq zəminində arvadına bıçaq xəsarətləri yetirərək öldürməsinə əsaslı şübhələr müəyyən olunub.

 

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

 

Elton Layicov  şübhəli şəxs qismində tutulub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı