Modern.az

Naftalanda qanvermə aksiyası keçirilib - FOTO

Naftalanda qanvermə aksiyası keçirilib - FOTO

Aktual

27 İyul 2022, 16:04

Naftalan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə irsi qan (talassemiya, hemofiliya) və digər qan xəstəliklərindən əziyyət çəkən vətəndaşlarımıza yardım məqsədilə qanvermə aksiyası keçirilib.

 

Modern.az xəbər verir ki, Naftalanlılar ənənə halını alan bu nəcib və humanist xarakterli aksiyaya qoşularaq fəallıq nümayiş etdiriblər.

 

Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Qan Bankının tibb briqadasının hematoloqları tərəfindən hər bir donor tibbi müayinədən keçdikdən sonra, onlardan qan analizi götürülüb və aksiyaya qoşulması ilə bağlı rəy verilib.

 

Aksiyada Naftalan Şəhər İcra Hakimiyyəti başçısı və aparatın əməkdaşları, şəhərdə fəaliyyət göstərən idarə, müəssisə, təşkilatların sağlamlığı imkan verən əməkdaşları, könüllülər iştirak ediblər.

 

Humanizm prinsipləri əsasında həyata keçirilən  belə  tədbirlər ölkəmizdə irsi qan xəstəliklərindən əziyyət çəkən insanların təhlükəsiz və keyfiyyətli qanla təminatı üçün könüllü donor xidmətinin inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı