Modern.az

Putin Kadırovu mükafatlandırdı

Putin Kadırovu mükafatlandırdı

Aktual

27 İyul 2022, 17:46

Rusiya Prezidenti Vladimir Putin Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırovu mükafatlandırıb.

 

Modern.az xəbər verir ki, bu barədə Kadırov teleqram kanalında məlumat paylaşıb.

 

Çeçen lider bildirib ki, Putin onu regionun sosial-iqtisadi inkişafına verdiyi töhfəyə görə "Aleksandr Nevski ordeni" ilə təltif edib.

 

Kadırov bundan sonra da Rusiyanın rifahı naminə fədakarlıqla xidmət edəcəyinə söz verib: "Mənim üçün Rusiya Prezidentindən mükafat almaq ən böyük şərəfdir. Mən Vladimir Vladimiroviç Putinə etimada və regionumuzun inkişafına göstərdiyi daimi diqqətə görə təşəkkür edirəm”.

Whatsapp
Bizə yazın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!