Bakı şəhəri, Xətai rayonu, İlqar Həbibov küçəsi, 58 saylı binanın yaxınlığında yerləşən ərazidə ( "Babək" prospekti, "EMBAWOOD" mağazası ilə üzbəüz) antisanitariya hökm sürürür.
Vətəndaşlardan Modern.az-a daxil olan müraciətdə bildirilir ki, yayın qızmar vaxtında ət kəsimi məntəqəsindəki antisanitariya səbəbindən avtobus dayanacağında dayanmaq mümkün deyil.
Obyekt sahibi heç bir təmizlik qaydalarına riayət etmir, nəticədə ərazidə xeyli tullantı yığılıb qalır. Bu isə ətrafa pis qoxunun yayılmasına gətirib çıxarır. Məsələ ilə bağlı müvafiq qurumlara dəfələrlə müraciət edilsə də, hər hansı tədbir görülməyib.
Diqqətçəkən məqam isə qəssabın istifadə etdiyi avtomobilin nömrəsiz olmasıdır. Əslində isə "Babək" prospektində nömrəsiz maşına göz yummaq özü qanunsuzluqdur. Ona görə də aidiyyatı qurumlardan məsələyə dair müvafiq addım atılmasını gözləyirik.
Sözügedən obyektdəki vəziyyət isə fotolardan əyani olaraq görünür:
Elmar Hüseynov