Modern.az

Yaşlı qadınları yandıranların başqa cinayətləri də üzə çıxdı

Yaşlı qadınları yandıranların başqa cinayətləri də üzə çıxdı

Aktual

28 İyul 2022, 14:13

Tovuzda oğurluq məqsədilə girdikləri evin sahibini öldürüb, daha sonra evi yandıran iki yeniyetmənin başqa cinayət əməlləri də üzə çıxıb.

 

Daxili İşlər Nazirliyindən (DİN) Mətbuat Xidmətindən Modern.az-a verilən məlumata görə, iyulun 27-də qəsdən adam öldürmədə şübhəli bilindiklərinə görə tutulan E.Bağırovun və Q.Quliyevin ətrafında aparılan əməliyyat tədbirləri ilə onların İbrahimhacılı kənd sakinləri R.Alıyev, N.Alıyev, A.Tağıyev və N.Alıyevlə birgə iyulun 17-nə keçən gecə Qovlar şəhərində S.Hüseynovun həyətindən 3 baş qoyun oğurladığı məlum olub.

 

Bundan başqa iyulun 18-dən 21-dək olan müddətdə kənd sakini Y.Məmmədovanın həyətindən 2 baş qoyun, bir evdən 276 manat pul və 1000 dəyərində qızıl-zinət əşyaları, digər evdən isə televizor oğurlamaları da müəyyən edilib.

 

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində R.Alıyev, N.Alıyev, A.Tağıyev və N.Alıyev saxlanılıblar. Araşdırma aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı