“Qarabağ” klubunun sabiq futbolçusu Yakub Jezniçakın və sevgilisi Maqdelena Stempenin oğlan övladı vəfat edib.
Modern.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə körpənin valideynlərinin birgə yaydığı açıqlamada deyilir.
376 günlüyündə olan Olivierin qaraciyər xərçəngindən vəfat etdiyi bildirilib. Körpə müalicə aldığı İsraildəki klinikalardan birində dünyasını dəyişib.
Xatırladaq ki, Yakub Jezniçak 2017-2019-cu illərdə “Qarabağ” komandasında çıxış edib.