2022-ci ilin yanvar-iyun aylarında pensiya ödənişlərinə ötən ilin müvafiq dövrünə nisbətən 4,5 faiz (104 mln. manat) çox olmaqla 2 mlrd. 443 mln. manat vəsait yönəldilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən (ƏƏSMN) Modern.az-a verilən məlumata görə, bu ilin əvvəlindən növbəti artım olaraq, minimum aylıq pensiya daha 20 faiz artırılaraq 240 manata çatdırılıb.
2022-ci ilin əvvəlindən pensiyaların sığorta hissəsi indeksləşdirilib və sığorta prinsipi ilə pensiya alanlara bu il üzrə 200 manat maddi yardım ayrılıb. Habelə qulluq stajına görə əlavələr alan pensiyaçılara bu ilin əvvəlindən pensiyalarının 10 faizi məbləğində aylıq maddi yardım ödənilir.
Həmin artımlar üçün illik 440 mln. manat əlavə vəsait ayrılıb.