Modern.az

Hulusi Akardan İsveç və Finlandiyaya XƏBƏRDARLIQ

Hulusi Akardan İsveç və Finlandiyaya XƏBƏRDARLIQ

Aktual

28 İyul 2022, 17:02

Türkiyənin milli müdafiə naziri Hulusi Akar İsveç və Finlandiyaya xəbərdarlıq edib.

 

Modern.az xəbər verir ki, nazir bu barədə latviyalı həmkarı Artis Pabrikslə görüşdə danışıb.

 

“Madriddə imzalanan anlaşma memorandumu hələ son deyil. Əksinə başlanğıcdır. Qarşı tərəflərdən razılaşmalara əməl etmələrini gözləyirik”, - Akar vurğulayıb.

 

Bundan əvvəl Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu İsveç və Finlandiyanın terrorçuları qaytarmayacağı təqdirdə bu ölkələrin NATO-ya üzvlüyünə veto qoyula biləcəyini diqqətə çatdırıb.

 

Qeyd edək ki, Türkiyə parlamenti İsveç və Finlandiyanın NATO-ya üzvlüklə bağlı müraciətlərinə dair müsbət qərar qəbul etməlidir. Əks halda, proses dondurulmuş hesab olunacaq.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı