Modern.az

Qoşulmama Hərəkatı çox şeyə nail ola bilib

Qoşulmama Hərəkatı çox şeyə nail ola bilib

Aktual

28 İyul 2022, 17:14

"Azərbaycanın Qoşulmama Hərəkatında sədrlik müddətinin uzadılması uğurlu işin göstəricisidir".

 

Modern.az-ın xəbərinə görə, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Qoşulmama Hərəkatının Gənclər Sammitinin bağlanış sessiyasındakı çıxışında bildirib.

 

Nazir qeyd edib ki, koronavirus pandemiyasına baxmayaraq, Azərbaycan Qoşulmama Hərəkatının xəstəliklə mübarizənin mərkəzində olmasına nail olub:

 

O bildirib ki, iştirakçılar arasında bütün mədəni fərqlərə baxmayaraq, 60 il ərzində Qoşulmama Hərəkatı çox şeyə nail ola bilib:

 

"Qoşulmama Hərəkatının Gənclər Sammiti müxtəlif səbəblərə görə tarixi hadisədir. Belə ki, nazir gənclərin inkişafının vacibliyini vurğulayıb və əlavə edib ki, Azərbaycanda onların inkişafına xüsusi diqqət yetirilir. Gələcəyin qurulması, qlobal sülh və təhlükəsizliyin əhəmiyyətini bilmək xüsusilə vacibdir".

 

O, həmçinin bu sammitin çox məhsuldar keçdiyinə və bunun iştirakçıların sabah Şuşada qəbul edəcəyi yekun sənəddə öz əksini tapacağına əminliyini ifadə edib.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı