Modern.az

“Qarabağ”ın ev oyununa hakim təyinatları 

“Qarabağ”ın ev oyununa hakim təyinatları 

Aktual

28 İyul 2022, 17:59

UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində "Qarabağ" və "Ferentsvaroş" klubları arasında keçiriləcək ilk oyunun hakim təyinatları açıqlanıb.

 

Modern.az xəbər verir ki, görüşü İsveç Futbol Federasiyasından Andreas Ekberq idarə edəcək. Ona həmyerliləri Mehmet Kulum və Niklas Nyuberq köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Adam Ladebek yerinə yetirəcək.

 

Qeyd edək ki, görüş avqustun 3-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Cavab oyunu avqustun 9-da Budapeştdə keçiriləcək.

Whatsapp
Bizə yazın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!