Modern.az

Putinə görə "Fənərbağça"ya intizam işi açıldı

Putinə görə "Fənərbağça"ya intizam işi açıldı

Aktual

28 İyul 2022, 19:18

UEFA Türkiyənin "Fənərbağça" klubuna intizam işi açıb.

 

Modern.az xəbər verir ki, bu barədə təşkilatın mətbuat xidməti məlumat yayıb.

 

İntizam işinin açılmasına səbəb komanda azarkeşlərinin Ukraynanın "Dinamo" (Kiyev) komandası ilə oyundakı davranışlarıdır.

 

Belə ki, azarkeşlər 57-ci dəqiqədə hesabı açan Kiyev klubunun futbolçusu Vitali Buyalskinin təxribatçı hərəkətlərinə qarşılıq olaraq, Rusiya Prezidenti Vladimir Putinin lehinə şüarlar səsləndiriblər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Zelenski bəzi ərazilərin Rusiyada qalmasına razılaşdı