Modern.az

Rusiya Finlandiya və İsveçə cavab verəcək - Medvedev

Rusiya Finlandiya və İsveçə cavab verəcək - Medvedev

Aktual

28 İyul 2022, 21:35

Rusiya Finlandiya və İsveçin NATO-ya üzvlüyü fonunda yaranan təhdidlərə simmetrik cavab verəcək.

 

Modern.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev deyib.

 

"Finlandiya və İsveç NATO-nun tərkibində müxtəlif mövqelər tuta bilərlər, bu onların öz işidir. Əgər bu ölkələr öz ərazilərində qırıcı silahlar yerləşdirərlərsə, Rusiyanın da cavabı simmetrik olacaq" - Rusiya rəsmisi bildirib.

 

Medvedev hər iki ölkənin NATO-ya üzvlüyü fonunda onlarla münasibətlərə yenidən baxılmasının vacibliyini diqqətə çatdırıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı