Modern.az

“Neftçi” növbəti mərhələyə yüksəldi

“Neftçi” növbəti mərhələyə yüksəldi

Aktual

28 İyul 2022, 22:56

“Neftçi” klubu Konfrans Liqasının III təsnifat mərhələsinə yüksəlib.

 

Modern.az xəbər verir ki, Bakı komandası Kipr təmsilçisi “Aris”i mübarizədən kənarlaşdırıb.

 

II təsnifat mərhələsinin səfərdəki ilk qarşılaşmasında gözlənilmədən 0:2 hesabı ilə uduzan “Neftçi” “Baksell Arena”da inamlı qələbə qazanıb. Rəqibinə 3:0 hesabı ilə qalib gələn Laurentsiu Regekampfın baş məşqçi olduğu komanda turnirin növbəti mərhələsinə yüksəlib.

 

Qeyd edək ki, bakılıların rəqibi “Rapid” – “Lexiya” duelində müəyyənləşəcək. Növbəti raundun görüşləri avqustun 4-ü və 11-də baş tutacaq.

Sizə yeni x var
Keçid et
İranla Rusiya bombalanır - Ard-arda şok partlayışlar