Modern.az

Xaçmaz sakinini döyüb, havaya atəş açdılar

Xaçmaz sakinini döyüb, havaya atəş açdılar

Aktual

29 İyul 2022, 11:45

Xaçmaz Rayon Polis Şöbəsinə iyulun 28-də saat 18 radələrində Xanlıqoba kəndi ərazisində 2 nəfərin xuliqanlıq zəminində kənd sakini F.Nəcəfovu döymələri və tüfəngdən havaya atəş açılması barədə məlumat daxil olub.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində bu əməli törətməkdə şübhəli bilinən Xanlıqoba kənd sakini Z.Rüstəmov və qardaşı A.Rüstəmov müəyyən edilərək saxlanılıblar. Z.Rüstəmovdan qanunsuz saxladığı nömrəsi silinmiş ov tüfəngi götürülüb.

 

Araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı