Modern.az

AMEA-nın əsas binası nazirliyə verilməyəcək 

AMEA-nın əsas binası nazirliyə verilməyəcək 

Aktual

29 İyul 2022, 13:04

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) əsas binasının Elm və Təhsil Nazirliyinə verilməsi nəzərdə tutulmur.

 

Modern.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli deyib.

 

Onun sözlərinə görə, AMEA-nın əsas binanın hansısa quruma verilməsi Prezident İlham Əliyevin fərmanında yer almayıb:

 

“Hansı institutlar əmlakı ilə birlikdə Elm və Təhsil Nazirliyinə veriləcəksə, fərmanda ayrı-ayrı qeyd olunub. Nazirliyə veriləcək struktur bölmələrindən heç biri AMEA-nın əsas binasında yerləşmir”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı