Braziliya polisi Almaniyanın Rio-de-Janeyro şəhərindəki konsulu Uve Herberti saxlayıb.
Modern.az xəbər verir ki, bu barədə “Metropoles” nəşri məlumat yayıb.
Diplomat vətəndaş nikahında yaşadığı Belçika vətəndaşı Valter Anri Maksimilian Biotu öldürməkdə təqsirli bilinir.
Məlumata görə, meyit aşkar olunan zaman konsul polisə bildirib ki, ölüm səbəbi onun alkoqolla birgə böyük dozada yuxu dərmanı qəbul etməsidir. Lakin tibbi ekspert meyitin üzərində çoxsaylı zorakılıq əlamətləri aşkar edib.
Hadisə baş verən gün alman diplomat katibəsini evə çağırıb. Katibə polisə ifadəsində mənzildə qan izləri gördüyünü bildirib.