Bolqarıstanın Ruse-Veliko Tırnovo yolunda Rumıniyanın turist avtobusu qəzaya uğrayıb.
Modern.az xəbər verir ki, bu barədə Bolqarıstanın BNT telekanalı məlumat yayıb.
Qəza gecə saat iki radələrində Poykraişte və Kutsina kəndləri arasında baş verib. Avtobusda 25 nəfər olub. Sükan arxasında isə türk əsilli sürücü olub.
Avtobus dayanmış halda olan avtomobilə çırpılıb, sonra ağaca dəyib. Üç nəfər yerindəcə ölüb, 9 sərnişin isə yaralanıb.