Modern.az

Parlament yeni hökuməti təsdiqlədi

Parlament yeni hökuməti təsdiqlədi

Aktual

7 Avqust 2022, 16:24

Somali parlamenti yeni baş nazir Həmzə Abdi Barrenin beş gün əvvəl təqdim etdiyi Nazirlər Kabinetini təsdiq edib.

 

Modern.az xəbər verir ki, parlamentin aşağı palatasının 229 deputatı kabinetin lehinə səs verib. Eyni zamanda, 7 deputat yeni hökumətin əleyhinə səs verib, 1 deputat isə bitərəf qalıb.

 

İyunun 15-də Somali Prezidenti Həsən Şeyx Məhəmməd tərəfindən Baş nazir təyin edilən 50 yaşlı Barre üçün hazırkı hökumət bir ilkdir.

 

Qeyd edək ki, Somalinin Nazirlər Kabinetinə 26 üzv daxildir.

Whatsapp
Bizə yazın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!