Modern.az

Qarabağda ölən erməni hərbçilərin ailələri etiraza qalxdı - VİDEO

Qarabağda ölən erməni hərbçilərin ailələri etiraza qalxdı - VİDEO

Aktual

10 Avqust 2022, 13:10

44 günlük müharibə zamanı Qarabağda öldürülən erməni hərbçilərinin valideynləri və yaxınları Ermənistan Müdafiə Nazirliyinin binası qarşısında növbəti dəfə etiraz aksiyasına başlayıblar.

 

Modern.az erməni KİV-lərinə istinadən xəbər verir ki, erməni valideynlər həm müdafiə naziri, həm də onun müavini ilə görüş tələb edirlər. 

 

Onlar bildiriblər ki, oğullarının hansı şəraitdə öldürüldüyü üzə çıxarılmalı və günahkarlar cavab verməlidir.

 

"Axşama qədər burada qalacağıq. Hazırda tələblərimizdən biri nazir və nazir müavini ilə görüşdür", - etirazçılar deyiblər.

 

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı