Modern.az

Şeyx Şamil haqqında film çəkiləcək

Şeyx Şamil haqqında film çəkiləcək

Aktual

11 Avqust 2022, 17:30

Tanınmış türkiyəli ssenarist və aktyor Atilla Engin Şeyx Şamil haqqında film çəkmək üçün Rusiyaya səfər edib.

 

Modern.az xəbər verir ki, Şeyx Şamillə bağlı serial üzərində işləyən ssenarist çəkilişlərə hazırlıq məqsədilə Dağıstanda olub.

 

O, jurnalistlərlə söhbətində hələ uşaq vaxtlarından Şeyx Şamil barədə çox eşitdiyini, indi təkcə Qafqaz deyil, həm də İslam dünyası üçün önəmli olan bu şəxsiyyət haqqında bütün dünyaya danışmaq arzusunda olduğunu söyləyib.

 

Şeyxin həyat və mübarizəsindən bəhs edəcək “Şeyx Şamil” serialı 12 seriyadan ibarət olacaq. Hazırda filmin ssenarisi üzərində iş gedir. Çəkilişlərə Dağıstandan aktyorlar da cəlb ediləcək.

Sizə yeni x var
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?