Modern.az

“Fənərbağça” Avroliqanın pley-offuna yüksəldi

“Fənərbağça” Avroliqanın pley-offuna yüksəldi

Aktual

12 Avqust 2022, 08:24

UEFA Avropa Liqasında üçüncü təsnifat mərhələsi başa çatıb.

 

Modern.az xəbər verir ki, növbəti oyun günündə daha altı cavab qarşılaşması keçirilib.

 

Türkiyənin “Fənərbağça” komandası Çexiyada “Slovaçko” klubunun qonağı olub. “Sarı-lacivərdlilər” İstanbuldakı ilk matçda rəqib komanda üzərində 3:0 hesablı qələbə qazanmışdı. Beləliklə, səfərdə 1:1 hesablı heç-heçə edən Türkiyə təmsilçisi pley-off mərhələsinə yüksəlib.

 

Türkiyə komandası ilə yanaşı, Finlandiyanın HİK, İsveçrənin “Sürix”, İsveçin "Malmö", Yunanıstanın "Olimpiakos" və Kiprin AEK klubları rəqiblərindən üstün olaraq növbəti mərhələyə vəsiqə qazanıblar.

 

Bundan əvvəl Şimali Makedoniyada “Şkupi”yə qalib gələn İrlandiyanın “Şemrok Rovers” klubu adını pley-off mərhələsinə yazdırıb.

 

Xatırladaq ki, pley-off mərhələsinin matçları avqustun 18-də və 25-də keçiriləcək.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı