Modern.az

Dünya Çempionatının başlama vaxtı dəyişdi

Dünya Çempionatının başlama vaxtı dəyişdi

Aktual

12 Avqust 2022, 09:34

FİFA Qətərdə keçiriləcək futbol üzrə Dünya Çempionatının təqviminə dəyişiklik edib.

 

Modern.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb.

 

Qeyd olunub ki, turnirin açılış matçı öncədən planlaşdırıldığı kimi noyabrın 21-də yox, 20-də baş tutacaq. Açılış oyununda ev sahibi Qətər millisi Ekvador yığması ilə qarşılaşacaq.

 

Bundan əlavə, turnir çərçivəsində baş tutacaq daha bir qarşılaşmanın başlanma vaxtına dəyişiklik edilib. Belə ki, noyabrın 21-də Seneqal və Niderland yığmaları arasındakı matçın saatı Bakı vaxtilə 14:00-dan 20:00-a dəyişdirilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsrail qırıcıları İrana GİRİR - Şiddətli BOMBALANMA...