Modern.az

Türkiyə və Ermənistan rəsmiləri 500 dəfə telefonla danışıblar

Türkiyə və Ermənistan rəsmiləri 500 dəfə telefonla danışıblar

Aktual

12 Avqust 2022, 10:24

Türkiyə və Ermənistanın xüsusi nümayəndələri Sərdar Kılıç və Ruben Rubinyan iki ölkə arasında münasibətlərin normallaşması çərçivəsində 4 dəfə görüş keçirib, 500 dəfə telefonla danışıblar.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyənin “Hurriyet” qəzeti məlumat yayıb.

 

Bildirilib ki, xüsusi nümayəndələr arasında növbəti görüşün sentyabr ayında Türkiyənin Ermənistanla sərhəddə yerləşən Qars vilayətində keçirilməsi gözlənilir.

 

Bundan əvvəl iyul ayında keçirilən görüşdə sərhədlərin üçüncü ölkə vətəndaşlarına açılmasına dair razılıq əldə olunub. Razılaşmadan sonra texniki nümayəndələrin müəyyən addımlar atması və yol xəritəsi hazırlaması gözlənilir.

 

Xatırladaq ki, 2021-ci ilin dekabrında İrəvan və Ankara dialoqa başlamaq üçün öz diplomatlarını təyin ediblər. Bunlar Ermənistan tərəfdən parlamentin vitse-spikeri Ruben Rubinyan, Türkiyə tərəfdən isə ABŞ-dakı keçmiş səfir Serdar Kılıçdır.

Onlar bu il yanvarın 14-də Moskvada və daha sonra üç dəfə Vyanada görüşüblər.


Ermənistanla Türkiyə arasında diplomatik əlaqələr yoxdur, sərhəd 1993-cü ildən Ankaranın təşəbbüsü ilə bağlıdır. Ölkələr arasında münasibətlərin çətinləşməsinə bir sıra hallar, xüsusən də Ankaranın Qarabağ problemində Azərbaycanın mövqeyini dəstəkləməsi səbəb olub.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı