Modern.az

6 ayda narkotikə görə törədilən CİNAYƏTLƏR

6 ayda narkotikə görə törədilən CİNAYƏTLƏR

Aktual

12 Avqust 2022, 11:49

Cari ilin birinci yarımilində qeydə alınmış cinayət hadisələrinin 5768-i və ya 31,7 faizi narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar olub.

 

Bu barədə Modern.az-a Dövlət Statistika Komitəsindən xəbər verilib.

 

Qeyd olunub ki, onların da 59,9 faizi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma, 35,4 faizi eyni hərəkətləri satış məqsədilə etmə, habelə bu maddələri istehsal etmə, göndərmə, yaxud qanunsuz olaraq satma, 3,6 faizi qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etmə, 1,0 faizi güclü təsir edən və ya zəhərli maddələrin satış məqsədilə qanunsuz dövriyyəsi, 0,1 faizi isə digər cinayətlər təşkil edib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı