Modern.az

Ruslar Zelenskiyə qarşı sui-qəsd HAZIRLAYIR

Ruslar Zelenskiyə qarşı sui-qəsd HAZIRLAYIR

Aktual

12 Avqust 2022, 12:27

Rusiya tərəfindən Ukrayna Prezidenti Volodimir Zelenskiyə qarşı sui-qəsd hazırlanır.

 

Modern.az xəbər verir ki, bunu Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov bildirib.

 

“Avqustun 24-də Ukraynanın Müstəqillik Günündə Rusiyanın ölkəmizə qarşı təxribatlarının baş verməsi mümkündür. Onlar təxribatları hər zaman edirlər. Biz bu planları qabaqlayırıq. Demək olar ki, qarşı tərəfin bütün planları haqqında məlumatımız var”, - Aleksey Danilov vurğulayıb.

 

Qeyd edək ki, müharibə dövründə Zelenskiyə qarşı bir neçə dəfə sui-qəsd cəhdinin qarşısı alınıb.

Sizə yeni x var
Keçid et
İsrail qırıcıları İrana GİRİR - Şiddətli BOMBALANMA...