Modern.az

Yeni icra başçısı kollektivə təqdim olundu

Yeni icra başçısı kollektivə təqdim olundu

Aktual

12 Avqust 2022, 12:42

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Orxan Çingiz oğlu Mürsəlov kollektivə təqdim olunub.

 

Modern.az xəbər verir ki, yeni icra başçısını kollektivə Prezidentin köməkçisi - Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə təqdim edib.

 

Təqdimatda Zeynal Nağdəliyev çıxış edib. O, dövlət başçısının tapşırıq və tövsiyyələrini çatdırıb.

 

O.Mürsəlov isə ona göstərilən etimada görə minnətdarlığını bildirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı