Modern.az

İslam Oyunlarında daha 3 güləşçimiz finala çıxdı

İslam Oyunlarında daha 3 güləşçimiz finala çıxdı

Aktual

12 Avqust 2022, 16:18

Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunları davam edir.
 

Modern.az xəbər verir ki, Azərbaycanın daha üç güləşçisi bütün görüşləri qələbə ilə başa vuraraq finala yüksəlib.

Eldəniz Əzizli (55 kq) yarımfinalda qazaxıstanlı Amangali Bekbolatova 3:1, Rafiq Hüseynov (82 kq) türkiyəli Emrah Kuşana 2:1, Elis Manolova (65 kq) isə kamerunlu Berte Emilyeyə 2:1 hesabı ilə qalib gələrək həlledici mərhələyə vəsiqə əldə ediblər.
 

Qeyd edək ki, bundan əvvəl yunan-Roma güləşçimiz Ülvü Qənizadə (72 kq) uğurla çıxış edərək finala çıxıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı