Modern.az

Xomeyninin ölümünə fətva verdiyi məşhur yazıçı BIÇAQLANDI - VİDEO

Xomeyninin ölümünə fətva verdiyi məşhur yazıçı BIÇAQLANDI - VİDEO

Aktual

12 Avqust 2022, 20:25

Tanınmış yazıçı Salman Rüşdi Nyu-Yorkun qərbindəki Çautauqua İnstitutunda mühazirə oxumaq üçün səhnəyə çıxarkən naməlum şəxs tərəfindən hücuma məruz qalıb. 

 

Modern.az xəbər verir ki, bu barədə "Associated Press" agentliyi məlumat yayıb.

 

Məlumata görə, təcavüzkar Rüşdini yumruq və ya bıçaqla vurmağa başlayıb, bundan sonra mühafizəçilər onu tutublar.

 

Nyu-York Polis Departamenti yazıçının boynundan bıçaqlandığını bildirib. O, helikopterlə xəstəxanaya aparılıb. Hələlik yazıçının durumu haqqında heç nə məlum deyil.

 

Qeyd edək ki, 1988-ci ildə yazıçı "Şeytan ayələri" kitabını yazıb. Həmin kitab satışa buraxılan gündən çox böyük səs-küyə səbəb olub. İranın Ali Rəhbəri Ayətullah Xomeyni Rüşdinin öldürülməsinə fətva verib. 

 

2012-ci ildə isə İranın dini fondu yazıçının qətlinə görə 3,3 milyon dollar mükafat təyin edib. 

 

 

Akif İsmayılov 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı