Modern.az

Mehriban Əliyeva kəlağayıya naxış vurdu - FOTOLAR

Mehriban Əliyeva kəlağayıya naxış vurdu - FOTOLAR

Aktual

12 Avqust 2022, 21:52

Avqustun 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva İsmayıllı rayonunda “Basqal” Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində aparılan və icrası nəzərdə tutulan tikinti-bərpa işləri ilə tanış olublar.

 

Modern.az xəbər verir ki, dövlətimizin başçısı və birinci xanım buradakı emalatxanada kəlağayı ustası ilə söhbət etdilər.

 

Mehriban xanım Əliyeva: Salam, xoş gördük.

 

Prezident İlham Əliyev: Salam.

 

Usta: Salam. Xoş gəlmisiniz. Allah Sizi var eləsin. Mən Sizinlə fəxr edirəm ki, Sizin sayənizdə Azərbaycan xalqı qalib gəldi.

 

Prezident İlham Əliyev: Sağ olun. İşləriniz necə gedir?

 

Usta: Yaxşıdır, çox sağ olun.

 

Prezident İlham Əliyev: Müştəri çoxdur?

 

Usta: Bəli, olur. Çox sağ olun. Allah Sizi var eləsin.

 

Fuad Nağıyev: Cənab Prezident, turistlər yavaş-yavaş gəlməyə başlayıblar.

 

Usta: Mehriban xanım, bu, bizim naxışımızdır, biz buna “Basqalı” naxışı deyirik. İstəyirsinizsə, əyləşin, bir naxış da siz vurun.

 

Birinci xanım Mehriban Əliyeva kəlağayıya naxış vurdu.

 

Usta: Mehriban xanım, bu, qədim təsvirləri olan kəlağayıdır. Biz buna “Heratı” deyirik. Naxışları təmiz Azərbaycan naxışlarıdır. Bu naxışların ən azı 300-400 illik tarixi var. Bunu bu alətlə işləmişəm. O dövrdə ustalar bunu necə gözəl yonublar. Azərbaycan sənətkarlar yurdudur. Bu da onun bir nümunəsidir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı