Modern.az

Üçqat Avropa çempionumuz İslamiadanın qalibi oldu

Üçqat Avropa çempionumuz İslamiadanın qalibi oldu

Aktual

12 Avqust 2022, 22:20

Üçqat Avropa və dünya çempionu olan yunan-Roma güləşçimiz Rafiq Hüseynov (82 kq) V İslam Həmrəyliyi Oyunlarının qalibi olub.

 

Modern.az xəbər verir ki, qızıl medal uğrunda görüşdə təmsilçimiz Qırğızıstan idmançısı Kalidin Asikeyev ilə üz-üzə gəlib.

 

İlk hissədə hesabda geri olan R.Hüseynov sonradan əzmkarlıq nümayiş etdirərək 6:3 hesabı ilə qalib gəlib və fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

 

Qeyd edək ki, Azərbaycan təmsilçiləri İslamiadada 24 idman növündən 22-sində iştirak edirlər. Oyunlar vaxtı 483 dəst medal öz sahibini tapacaq.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı