Modern.az

Rusiya ağır itkilər verir – Zelenskidən müjdəli xəbər

Rusiya ağır itkilər verir – Zelenskidən müjdəli xəbər

Aktual

14 Avqust 2022, 12:25

Ukraynanın cənubunda Rusiya ordusunun qüvvə və vasitələri məhv edilib.

 

Modern.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.

 

“Donbasda şiddətli döyüşlər davam edir. Bu istiqamətdə cəbhənin ən qaynar nöqtələri dəyişməzdir - Avdeyevka, Marinka, Peski, Baxmut və bütün müvafiq istiqamətlər. Rusiya ora öz hərbi resurslarının sadəcə böyük bir hissəsini - artilleriya, texnika, insan göndərib. Oradakı bütün müdafiəçilərimiz sadəcə qəhrəmandır.

 

Xarkov vilayəti Ukraynanın güclü müdafiəsidir və işğalçıların hücum cəhdləri daim uğursuzluqla nəticələnir. Ölkənin cənubunda gedən mübarizə Rusiya ordusunun qüvvə və vasitələrinin məhv edilməsi ilə bağlı müjdə verir. Biz bir günü də boş yerə sərf etmirik", - deyə Zelenski döyüşlərlə bağlı son vəziyyəti açıqlayıb.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı