Modern.az

Gimnastımız İslamiadada qızıl medal qazandı

Gimnastımız İslamiadada qızıl medal qazandı

Aktual

14 Avqust 2022, 13:02

Azərbaycan gimnastı Vladimir Dolmatov V İslam Həmrəyliyi Oyunlarında aerobika gimnastikası üzrə yarışlarda qızıl medal qazanıb.

 

Modern.az xəbər verir ki, aerobika gimnastikası üzrə Azərbaycan yığmasının üzvü Vladimir Dolmatov kişilər arasında fərdi proqramda birinci yeri tutub.

 

Qeyd edək ki, V İslam Həmrəyliyi Oyunları 2021-ci ildə keçirilməli olsa da, qlobal pandemiya səbəbindən yarış bir il təxirə salınıb. V İslam Həmrəyliyi Oyunlarında 56 ölkədən 4 mindən çox atlet idmanın 24 növü üzrə 483 dəst medal uğrunda mübarizə aparır

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı