Modern.az

Qarabağın oyununa onlayn bilet satışı dayandırıldı 

“Qarabağ”ın oyununa onlayn bilet satışı dayandırıldı 

Aktual

14 Avqust 2022, 13:20

Bakıda "Qarabağ" və Çexiyanın "Viktoriya" (Plzen) komandası arasında oynanılacaq UEFA Çempionlar Liqasının pley-off mərhələsininilk oyunu üçün onlayn bilet satışını həyata keçirən "Iticket.az" saytında texniki problem yaranıb.

 

Modern.az xəbər verir ki, buna görüşə marağın həddindən artıq böyük olması və eyni anda minlərlə azarkeşin bilet almaq cəhdi səbəb olub.

 

Yüklənmə üzündən saytda onlayn bilet satışı müvəqqəti olaraq dayandırılıb.

 

Qeyd edək ki, avqustun 17-də keçiriləcək "Qarabağ" - "Viktoriya" görüşü saat 20:45-də başlayacaq.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?