Modern.az

İrəvanda güclü PARTLAYIŞ: Ölən və xeyli yaralı var - YENİLƏNİB

İrəvanda güclü PARTLAYIŞ: Ölən və xeyli yaralı var - YENİLƏNİB

Aktual

14 Avqust 2022, 14:23

Ermənistan Fövqəladə Hallar Nazirliyi ticarət mərkəzində baş vermiş partlayış nəticəsində 1 nəfərin öldüyünü, 20 nəfərin yaralandığını açıqlayıb.

 

Modern.az xəbər verir ki, hadisə zamanı pirotexnik malların yerləşdiyi mağazanın olduğu bina çöküb. 

 

Dağıntılar altında qalanların olduğu bildirilir.

 

***

Ermənistanın paytaxtı İrəvanın “Surmalu” ticarət mərkəzində baş verən partlayış zamanı azı 7 nəfər xəsarət alıb.

 

Modern.az xəbər verir ki, yaralılar İrəvandakı xəstəxanaya çatdırılıb.

 

Ermənistanın Təcili Yardım Xidmətinin rəhbəri Taqui Stepanyan məlumatı təsdiqləyib: “Hazırda xəstəxanaya 7 yaralı gətirilib, lakik yaralıların sayı hər an dəyişə bilər”.

 

Məlumata görə, dağıntılar altında xeyli insan qalıb. Partlayış zamanı ərazidəki mağazalara və avtomobillərə də ciddi ziyan dəyib.

 

Əraziyə təcili tibbi yardım, hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.

 

***

Bu gün İrəvandakı "Surmalu" Ticarət Mərkəzində yanğınla müşayiət olunan partlayış baş verib.

 

Modern.az xəbər verir ki, bu barədə Ermənistan Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

 

Hadisə yerinə 8 yanğınsöndürmə briqadası göndərilib. İlkin məlumata görə, partlayış zamanı xəsarət alanlar var. 

 

Əlavə məlumat verilməyib.

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı