Modern.az

Dünya çempionunun meyiti tapıldı

Dünya çempionunun meyiti tapıldı

Aktual

14 Avqust 2022, 15:08

Fransa xilasediciləri Monblan dağ silsiləsinin yamacında iki nəfərin meyitini aşkar edib.

 

Modern.az xəbər verir ki, ölənlərdən biri xizək alpinizmi üzrə dünya çempionu Adele Millozdur.

 

Hadisənin başvermə şəraiti hələ müəyyən edilməyib. İlkin məlumata görə, 26 yaşlı idmançı təlimatçı ilə birlikdə Peyn zirvəsinə yollanıb. Daha sonra ondan xəbər tutmaq mümkün olmayıb.

 

Cümə günü zirvəyə qalxan turistlər həyəcan siqnalı veriblər. Xilasedicilər dünya çempionu və digər şəxsin meyitini aşkar ediblər. Cəsədlər ərazidən çıxarılaraq təhvil verilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı