Modern.az

Gimnastlarımız İslamiadada birinci oldular

Gimnastlarımız İslamiadada birinci oldular

Aktual

14 Avqust 2022, 20:28

Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan və Darya Sorokinadan ibarət bədii gimnastika üzrə qrup hərəkətləri komandamız V İslamiadada qızıl medal qazanıb.

 

Modern.az xəbər verir ki, komandamızın 3 lent və 2 topla çıxışı hakimlər tərəfindən 30,300 xalla qiymətləndirilib. Bütün rəqiblərini qabaqlayan yığmamız V İslamiadada birinci olub.

 

Qeyd edək ki, V İslam Həmrəyliyi Oyunları 2021-ci ildə keçirilməli olsa da, qlobal pandemiya səbəbindən yarış bir il təxirə salınıb. V İslam Həmrəyliyi Oyunlarında 56 ölkədən 4 mindən çox atlet idmanın 24 növü üzrə 483 dəst medal uğrunda mübarizə aparır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı