Modern.az

Novxanıda sex yandı

Novxanıda sex yandı

Aktual

21 Avqust 2022, 16:40

Abşeron rayonunun Novxanı kəndində ümumi sahəsi 100 m² olan birmərtəbəli sexin dam örtüyünün taxta atmaları, lambirdən ibarət tavanı 50 m² sahədə və ətrafında 500 m² sahədə məişət tullantıları yanıb.

 

Modern.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

 

Bildirilib ki, sexin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Sizə yeni x var
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!