Modern.az

XİN Pakistana başsağlığı verdi

XİN Pakistana başsağlığı verdi

Aktual

26 Avqust 2022, 21:15

Azərbaycanın Xarici İşlər Nazirliyi Pakistanda baş verən daşqınlarla əlaqədar bu ölkəyə başsağlığı verib.

 

Modern.az xəbər verir ki, bu barədə Azərbaycan XİN-in tviter səhifəsində paylaşım edilib.

 

“Qardaş Pakistanda baş verən daşqınlarla bağlı xəbərdən dərin kədərləndik. Həyatını itirənlərin ailələrinə dərin hüznlə başsağlığı verir və yaralananların hamısına şəfa diləyirik. Biz qardaş Pakistan İslam Respublikasının xalqı və hökuməti ilə həmrəyliyimizi ifadə edirik”, - başsağlığıda deyilir.

 

Qeyd edək ki, Pakistanda leysan yağışlar 900-dən çox insanın həyatına son qoyub. Ölənlər arasında 300-dən çox uşaq, 200-dən çox qadın var.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı