Modern.az

Bakıda ana övladları ilə birlikdə itkin düşdü

Bakıda ana övladları ilə birlikdə itkin düşdü

Aktual

27 Avqust 2022, 10:00

Bakıda ana övladları ilə birlikdə itkin düşüb.

 

Modern.az Report-a istinadən bildirir ki, hadisə avqustun 24-də Xətai rayonu, G.Mehmandarov küçəsində qeydə alınıb.

 

Belə ki, 1988-ci il təvəllüdlü Ələkbərova Aytən Ziyabi qızı övladları - 2009-cu il təvəllüdlü Ayan Ələkbərova və 2014-cü il təvəllüdlü Məhəmmədəli Ələkbərzadə ilə birlikdə yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

 

Faktla bağlı Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsində araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı