Modern.az

“Açıq mikrofon” aksiyası bu dəfə Ucarda

“Açıq mikrofon” aksiyası bu dəfə Ucarda

Aktual

27 Avqust 2022, 14:08

Vətəndaşların qaz təsərrüfatına dair üzləşdikləri problemlərin həllinə daha operativ şəkildə dəstək məqsədilə həyata keçirilən “Azəriqaz” İB-nin “Açıq mikrofon” aksiyası bu dəfə Ucar rayonunda baş tutub.

 

İB-dən Modern.az-a bildirilib ki, görüşdə ümumilikdə 7 müraciət daxil olub. Vətəndaşlar fərdi qazlaşma, qapı keçidinin quraşdırılması və bəzi hallarda qaz təzyiqinin aşağı olması ilə bağlı müraciət ediblər.

 

Ünvanlanan suallar “Azəriqaz”ın Ağsu Regional Qaz İstismar İdarəsinin rəhbər şəxsləri tərəfindən cavablandırılıb, vətəndaşlara ətraflı məlumat verilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı