Modern.az

Hərbi pilotlar döyüş tapşırıqlarını icra etdilər - VİDEO

Hərbi pilotlar döyüş tapşırıqlarını icra etdilər - VİDEO

Aktual

8 Sentyabr 2022, 18:08

Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin (HHQ) iştirakı ilə ölkəmizdə keçirilən “TurAz Qartalı-2022” birgə taktiki-uçuş təlimi davam edir.

 

Bu barədə Modern.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

 

Plana uyğun olaraq bazalanma aerodromlarından müəyyən edilmiş marşrutlarla uçuş edən hərbi pilotlar müxtəlif epizodlar üzrə tapşırıqları icra edirlər.

 

Birgə taktiki-uçuş məşqləri zamanı qarşıya qoyulan tapşırıqlar hərbi qulluqçular tərəfindən müvəffəqiyyətlə yerinə yetirilir.

 

 

Sizə yeni x var
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!