Modern.az

Bakıda iki maşın toqquşdu - Səkidəki piyada öldü 

Bakıda iki maşın toqquşdu - Səkidəki piyada öldü 

Hadisə

Bu gün, 10:34

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Modern.az xəbər verir ki, Novruzov Əkbər Akif oğlu idarə etdiyi avtomobili ilə Xətai rayonu Gəncə prospektində hərəkətdə olarkən İsgəndərov Emil Amil oğlunun idarə etdiyi minik avtomobili ilə toqquşub.

Yol-nəqliyyat hadisəsi nəticəsində Emil İsgəndərovun idarə etdiyi avtomobil yoldan çıxaraq səki ilə piyada hərəkət edən 1981-ci il təvəllüdlü Əliyeva Elzanə Gündüz qızına çırpılıb.

Piyada aldığı xəsarətdən hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.

Sizə yeni x var
Keçid et
Ərdoğan Bakıya kritik mesaj verdi - Nələr olacaq?