Modern.az

Avtoxuliqanlıq etdi, digər cinayətləri də üzə çıxdı

Avtoxuliqanlıq etdi, digər cinayətləri də üzə çıxdı

Aktual

25 Oktyabr 2022, 14:05

Qusar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.

 

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Modern.az-a verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin istifadəsi, əldə etməsi, saxlaması və daşımasında şübhəli bilinən rayon sakini Misrixan Əzizov saxlanılıb. Həmin şəxsin üzərinə və özünə məxsus avtomobilinə baxış keçirilən zaman psixotrop maddə olan metamfetamin, bir ədəd bıçaq və bir ədəd kastet (beşbarmaq) aşkar olunaraq götürülüb.

 

Məlumat üçün bildirək ki, M.Əzizov "BMW" markalı avtomobili ilə rayon ərazisində avtoxuliqanlıq edərək, digər avtomobillərin hərəkətinə də ciddi maneələr törədib və real qəza şəraiti yaradıb.

 

Bütün faktlarla bağlı Qusar RPŞ-də cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə Misrixan Əzizovun barəsində həbs qətimkan tədbiri seçilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı