“Fars şovinistlərin belə bir fikri var ki, Cənubi Azərbaycan məsələsi bitmişdir".
Modern.az xəbər verir ki, bunu dünən Cəbrayıl və Zəngilana səfər etmiş Güney Azərbaycanın milli fəalı, Günaz TV-nin rəhbəri Əhməd Obalı Mətbuat Şurasının keçirdiyi görüşdə deyib.
“Bu gün tarix bizim xeyrimizə dəyişir. Geridə qalan yüz ildə dörd dəfə ayağa qalxsaq da, həmişə vədələrə, xoş sözlərə inanmışıq. Özümüzün əlində olan imkanlardan istifadə etmək əvəzinə, düşmənin yumşaldıcı sözlərinə inanmışıq. Bizim ən böyük səhvimiz elə sözə, vədə inanmaq olub. Amma artıq biz güneylilər qəbul etmişik ki, düşmənin mahiyyətini olduğu kimi qəbul etməliyik. İranda yaranmış fars dövləti türkü özünə düşmən bilib. Farsçılığın ikinci düşməni ərəbçilikdir. Guya İranda şiyəlikdir. O zaman heç olmasa Peyğəmbərə inam olmalıdır. Amma ərəblərin də bizim kimi ana dilində təhsili qadağan edilib", - Ə.Obalı vurğulayıb.