Modern.az

Farsın erməniyə yardımı türkə düşmənliyindən irəli gəlir

Farsın erməniyə yardımı türkə düşmənliyindən irəli gəlir

Aktual

5 Dekabr 2022, 11:41

"Farsın erməniyə yardımı türkə düşmənliyindən irəli gəlir".

 

Modern.az xəbər verir ki, bunu dünən Cəbrayıl və Zəngilana səfər etmiş Güney Azərbaycanın milli fəalı, Günaz TV-nin rəhbəri Əhməd Obalı Mətbuat Şurasının keçirdiyi görüşdə deyib.

 

O qeyd edib ki, Şimali və cənubi Azərbaycanın dərdi farsçılıq ideologiyasıdır:

 

"Quzey Azərbaycan istər hər gün dostluq mesajı göndərsin, bunun bir mənası olmayacaq. Bölgədə gedən proseslər İranın əleyhinədir. Azərbaycan Prezidentinin köməyi ilə Türkiyə İsrail əlaqələri yaxşılaşdırılıb. Bu əlaqələrin müsbət yöndə getməsi bizim xeyrimizədir. Bu istiqamətdə gedən proseslərdə Azərbaycan Prezidentinin mesajları, beynalxalq arenadakı çıxışları da güneyli azərbaycanlılara güc verdi".

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?