"Təəssüf edirəm ki, Azərbaycanda hamının fikirləri işıqlı deyil. Günaz tv-nin fəaliyyətini tənqid edənlər də var".
Modern.az xəbər verir ki, bunu Güney Azərbaycanın milli fəalı, Günaz TV-nin rəhbəri Əhməd Obalı ilə görüşdə Mətbuat Şurasının İdarə Heyətinin üzvü Qulu Məhərrəmli deyib.
"Azərbaycan adının yüksəklərə qalxması üçün bizdə də hərəkat güclənməlidir. İlham Əliyev Əbülfəz Eliçəbydən sonra ikinci adamdır ki, Cənubi Azərbaycan problemini dilə gətirir. Buna görə Şimali Azərbaycanda da bu istiqamətdə addımlar atılmalıdır. Cənubdakı soydaşlarımıza dəstək olmalıyıq. Ziyalılar, qələm sahibi hər kəs bu hərəkata dəstək verməlidir", - deyə Q.Məhərrəmli bildirib.